Menu

Ramal Aslanov hər iki vəzifəsindən azad edildi

06.01.2025, 18:20
Ramal Aslanov hər iki vəzifəsindən azad edildi

Ötən gün DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum insidentinin "sifarişçisi" kimi saxlanılan, kikboksinq üzrə dünya və Avropa çempionu Ramal Aslanov iki vəzifəsindən azad edilib.

"AzPolitika" "oxu.az"-a istinadla xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasında vitse-prezident olan Ramal Aslanov qurumun prezidenti Orxan Əliyevin qərarı ilə vəzifəsindən kənarlaşdırılıb.

Bundan əlavə Ramal Aslanov federasiyanın fəxri prezidenti Adil Əliyevin müavini vəzifəsini də itirib. Xatırladaq ki, A.Əliyev həmçinin Suraxanı rayonunun icra başçısıdır.

Qeyd edək ki, Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov da saxlanılıblar.

Şərhlər

Eli 2025-01-06 19:02:01

Bezi layiq olmadıqları deyeri alduqlarına göre quduran edlinde küçe uşaqları olduqlarını exkaqkarı ile tesdiq eden bu “İdmançılar” bu millete hele çox hoqqalar gösterecekler.

Köhne 2025-01-06 18:39:05

SENE LAZIMIYDI BU...?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol