Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb.
Bununla bağlı "Xinhua News Agency" məlumat yayıb.
Məlumatda bildirilir ki, 150-yə yaxın şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.
***
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) baş verən güclü zəlzələ nəticəsində 53 nəfər həlak olub, 62 nəfər yaralanıb.
Bu barədə “Xinhua” məlumat yayıb.
***
Çinin cənub-qərbindəki Tibet muxtar rayonunda güclü zəlzələ olub.
"AzPolitika" xəbər verir ki, ABŞ Geoloji Xidməti Nepal 7,1 bal gücündə zəlzələnin baş verdiyini bildirib. Zəlzələnin episentri təxminən 80 min əhalisi olan Şiqadze şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Çin Mərkəzi Televiziyasının məlumatına görə, zəlzələ dağıntılara və insan tələfatına səbəb olub. Güclü zəlzələ nəticəsində ölənlərin sayı 32-yə çatıb, 38 nəfər yaralanıb.
Yeraltı təkanlar Nepal, Hindistan, Butan və Banqladeşdə də hiss olunub.






Şərhlər