Menu

İsrail Türkiyə ilə müharibəyə hazırlaşır? - İşğalçı rejim qorxuya düşüb

07.01.2025, 10:55
İsrail Türkiyə ilə müharibəyə hazırlaşır?  - İşğalçı rejim qorxuya düşüb

“Türkiyə ilə mümkün münaqişəyə qarşı İsrailin müdafiə qabiliyyətini gücləndirmək üçün hərtərəfli hazırlıq görülməlidir”.

“AzPolitika” xəbər verir ki, bu barədə İsrail Müdafiə Komitəsi tərəfindən yayımlanan hesabatda bildirilib.

İşğalçı İsrail hökuməti tərəfindən qurulan komitənin müdafiə büdcəsi və təhlükəsizlik strategiyası ilə bağlı hazırladığı hesabatda Türkiyə ilə müharibə ola biləcəyi ilə bağlı xəbərdarlıq da yer alıb. İsrailin belə bir mümkün vəziyyətə hazır olması vurğulanıb.

İçğalçı rejim Türkiyənin dəstəyi ilə Suriyada Əsəd rejiminin dəyişməsindən qorxuya düşüb. Belə ki, hesabatda Türkiyənin suriyalı qruplarla ittifaqının İsrailin təhlükəsizliyinə yeni və güclü təhdid yarada biləcəyi iddia edilib. 

“Suriyadan gələn təhlükə İrandan gələn təhlükədən daha təhlükəli ola bilər”, -deyə hesabatda bildirilib.

Komitə ölkənin təhlükəsizliyi üçün yeni strateji addımların atılmasını tövsiyə edib və uzun mənzilli hücum imkanlarını artırmaq üçün əlavə F-15 döyüş təyyarələri, yanacaq dolduran təyyarələr, pilotsuz uçuş aparatları və peyklərin alınmasını məsləhət görüb.

Həmçinin “Dəmir Qübbə”, “David's Sling” və “Arrow” kimi hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

“AzPolitika.info”

Şərhlər

Mubariz 2025-01-07 11:09:36

Müharibə söhbəti boş şeydir ,yəhudilər ağıllı millətdir ,ancaq Ərdoğanın Ərəb sevgisi Türkiyəni zora soxacaq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol