Menu

Cənubi Koreyanın nəqliyyat naziri təyyarə qəzasına görə istefa verəcək

07.01.2025, 13:37
Cənubi Koreyanın nəqliyyat naziri təyyarə qəzasına görə istefa verəcək

Cənubi Koreyanın nəqliyyat naziri ölümlə nəticələnən təyyarə qəzasına görə istefa vermək niyyətində olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

"Mən bu fəlakət üçün ağır məsuliyyət hiss edirəm", - Park Sanq Vu mətbuat brifinqində bildirib.

Qeyd edək ki, dekabrın 29-da Tailanddan Cənubi Koreyaya uçan “Jeju Air” təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 181 nəfərdən 179-u həlak olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol