Menu

Afrikada saxlanılan gəmilər Xəzər Dəniz Gəmiçiliyinə aid deyil

08.01.2025, 11:49
Afrikada saxlanılan gəmilər Xəzər Dəniz Gəmiçiliyinə aid deyil

Afrika qitəsində saxlanılan gəmilər ASCO-ya aid deyil.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev bildirib.

O deyib ki, belə hallarda dənizçilər və onların ailələrindən çoxsaylı narahatlıq mesajları alırlar: “Yanlış məlumatlar kimi, yanlış görüntülər də onlar arasında çaşqınlıq yaradır”.

Qeyd edək ki, Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Afrikada yerləşən Eritreya dövlətinə aid sularda həbs edildiyinə dair məlumat yayılıb. Gəmilərin havanın küləkli olması səbəbindən Afrika - Eritreya istiqamətinə yönəldiyi, guya Eritreya sularına daxil olduğu üçün saxlanıldığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol