Menu

Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışdı - FOTO

08.01.2025, 16:08
Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışdı - FOTO

Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışıb. “Qafqazinfo”nun verdiyi məlumata görə, tərəflər arasında notarial qaydada barışıq əldə olunub.

Mühafizəçi Nurəddin Cəlilov da, Ağadadaş Ağayev də aralarındakı insidentə görə peşman olduqlarını deyiblər.

Razılaşmada Xalq artistinin vəkili Asim Abbasov da iştirak edib. Sənəd məhkəməyə təqdim edilib.

Bu dəqiqələrdə iş üzrə növbəti məhkəmə prosesi başlayacaq.

Digər məlumata görə, Ağadadaş Ağayevlə “Medera Hospital” arasında da barışıq əldə edilib. Onlar bir-birinə qarşı qaldırdıqları mülki iddiadan imtina ediblər. Belə ki, tərəflər bir-birindən yarım milyon tələb edirdi.

Qeyd edək, A.Ağayevlə birgə insident iştirakçısı N.Cəlilov da mühakimə edilir. Onların hər ikisi xuliqanlıqda ittiham olunur.

Şərhlər

ƏNHU 2025-01-08 23:10:00

Yəqin ki, Ağadadaş bir daha ölkə vətəndaşlarının üstünə nəinki balta, heç daraq da çıxara bilməz. HƏR KƏSƏ HƏDDİ TANIDILMALIDIR.

Roma 2025-01-08 16:32:59

Mən bu münasibətlə Xalqımızı səmimi qəlbdən təbrik edirəm...belə ki, hesab edirəm, 1-ci və 2-ci dünya müharibələrindən sonra əldə edilmiş ən böyük SÜLH müqaviləsidir...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol