Menu

Naxçıvan şəhərinin əksər ərazilərinə suyun verilişi dayandırılıb

09.01.2025, 22:49
Naxçıvan şəhərinin əksər ərazilərinə suyun verilişi dayandırılıb

Naxçıvan şəhərinin əksər ərazilərinə suyun verilişi dayandırılıb. "Report"un yerli bürosu xəbər verir ki, şəhərin Cəlil Məmmədquluzadə küçəsindən keçən diametri 355 millimetr olan əsas magistral xətdə qəza baş verib.

Qəzaya səbəb kimi boru xəttinin uzun müddət istismar edilməsi ehtimal olunur.

Hazırda Naxçıvan Sukanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol