Menu

Oğuzda Sosialist Əməyi Qəhrəmanı vəfat edib

10.01.2025, 00:12
Oğuzda Sosialist Əməyi Qəhrəmanı vəfat edib

Oğuzda Sosialist Əməyi Qəhrəmanı vəfat edib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Ziyafət Mustafa qızı Əliyeva uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, 1945-ci il Oğuz rayonunun Qarabaldır kəndində doğulub. Z.Əliyeva tütünçü olub və səmərəli fəaliyyətinə görə "Sosialist Əməyi Qəhrəmanı", "Qırmızı Əmək Bayrağı Ordeni", iki dəfə "Lenin" Ordeni ilə təltif olunub.

Z.Əliyeva Prezident təqaüdçüsü idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol