Nurəddin İSMAYIL 

1941-ci ildən 1944-cü ilə qədər Vermaxt operativr rəhbərliyinin qərargah rəisinin müavini olmuş, nasist Almaniyasının aqressiv planlarının hazırlanmasında və həyata keçirilməsində aktiv iştirak edən, artilleriya generalı Valter Varlimontun nasist ideologiyasının amansızlığını əks etdirən tarixi qeydləri var.

Müəllif qeyd edir ki, heyrətamiz bir insident nasist ideologiyası və hərbi düşüncəsi arasında uyğunsuzluğun mənzərəsini açıq şəkildə ortaya qoyur. Polşa kampaniyası başa çatanda işğal zonasında yerləşdirilən alman hərbi idarəsinin əhali ilə ağıllı və sivil qaydada rəftar etmələrindən xəbər tutan Hitler dəhşətli dərəcədə qəzəblənir və işğal edilmiş bu ərazilərin idarə olunmasını ona sadiq adi partiya funksionerlərinə həvalə edir. Və “general-qubernator” rolunda çıxış edən bu funksionerlər Hitlerin bütün əmrlərinə hərfinə qədər əməl edərək, Polşanı “yerdə cəhənnəm”ə çevirirlər... 

Alman faşizminin mahiyyətini açan bu epizodik tarixi ekskurs bizə çox şey anladır. Analogiyalar bəzən qüsurlu olsa da, deməliyik ki, erməni faşizmi bəzən alman faşizmi ilə müqayisədə daha amansız, daha qəddar formada və mahiyyətdə özünü biruzə verib. Yəni alman hərbçisində təmsil olunduğu xalqın alicənablığı, əsaləti özünü göstərir və onlar işğal etdiyi, tutduğu ərazilərdə sivil idarəçiliyə üstünlük verirlər. Yalnız alman əsalətindən nəsibini almayan Hitler bu vəziyyətlə barışmır və nasist ideologiyasına uyğun tələblər irəli sürürdü.

Erməni faşizminin daşıyıcılarına nəzər salsaq görərik ki, burada hərbçi və ya partiya funksioneri olmasından asılı olmayaraq eyni alçaq, antibəşəri düşüncə ilə hərəkət etmişlər. Bu əbləh düşüncə onların yazıçı dedikləri, körpə zavallımızın dərisini diri-diri soyan Z.Balayandan, mülayim görüntü yaradan L.Ter-Petrosyandan, qatil S.Sarkisyan və R.Köçəryandan və adını şəkmədiyimiz istənilən həbi və mülki səlahiyyət sahibi olan şəxslərindən yan keçməmişdir. Erməni faşizmi təkcə bu ideologiyanın yaradıcıları deyil, onların bu xəstə ideologiyası ilə zəhərlənən erməni xalqının əksəriyyətini də öz ağuşuna almışdır. 30 illik işğal dövründə, tək-tük xalq etirazlarından başqa, nüfuzlu erməni çevrəsinin Qarabağda törədilən vəhşiliklərə, vandalizmə açıq etiraz etdiyinin şahidi olmadıq. Yalnız 44 günlük müharibə və bir günlük antiterror əməliyyatı ilə başları əziləndən sonra özlərinin haqsız olduğunu dilə gətirənlər oldu.

Belə götürəndə erməni faşizminin kökü alman faşizmindən əvvələ gedir. Sadəcə son məğlubiyyət onların iç üzünün açılması, ifşa olunması üçün stimul oldu. Sisyanın Urut kəndindən Maşallah adlı bir dostumun atasının dilindən dediyi bir misal heç yadımdan çıxmır. Atası deyirmiş ki, "oğul, unutma, yaxşı erməni olmur, bu erməni o ermənidən yaxşı olur"...

Doğrudan da onları tanımaqda insan zorlanır. O qədər cilddən cildə, sifətdən sifətə düşür, xain məqsədlərini reallaşdırmaq üçün o qədər əyilir, yazıq obrazına girirdilər ki, adam ayırd etməkdə çətinlik çəkirdi. Biz də dünənə qədər bir az unutqan, tarixi yaddaşsız və kimə gəldi süfrəmizi açan. Üzü 1905-dən ta son savaşa qədər, bəlkə sonra da, belə olduq. Qərbi Azərbaycanımızdan deportasiyalar, köçlər, yurd itkisi, qaçqınlıq, didərginlik bizi ayıltmadı. Başımıza minbir müsibət gəldi, dərs almadıq, bir az sakitlik yaranan kimi bu soysuzlara təzədən inam bəslədik.

Uzağa getməyək, 44 günlük savaş bitdi, məğlubiiyyətlə barışdılar, sülhə imza atdılar və Paşinyan ölkəmizin sülhlə bağlı irəli sürdüyü bütün şərtləri qəbul etdiyini dilə gətirdi. Vaxt əldə etdilər, daşındılar, düşündülər və müxtəlif bəhanələrlə sülh sazişindən yayınmağa başladı. Çünki Paşinyanın öz əli öz başında deyil. Regiondakı vəziyyət, dəmir yumruq qorxusu ona sülhlə bağlı hərəkət etməyi diktə etsə də, Qərbdəki ağaları ona dur deyir. Ölkəsində kök salan faşist düşüncə, onu təhdid edən revanşist qüvvələr qətiyyətli qərar qəbul etməsinə imkan vermir və özü də bu işdə maraqlı görünmür. Bu xalq əsrlər boyu “erməni xəstəliyi” deyilən sağalmaz bir xəstəliyə, onu uçuruma aparan faşizm deyilən bir ideoloji mərəzə tutulub ki, heç bir cari, perspektiv yanaşma onların halını dəyişmir. Dövlət başçısı yerli mtbuata verdiyi müsahibədə çox yerində və sərrast bir ifadə işlətdi. "Ermənistandakı faşizm məhv edilməlidir, bunu ya özləri, ya da biz edəcəyik"!