Menu

Ərdoğan daha bir müddətə prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb

12.01.2025, 08:00
Ərdoğan daha bir müddətə prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Ərdoğan növbəti müddətə prezidentliyə namizədliyini irəli sürəcəyini istisna etməyib.

APA xəbər verir ki, Şanlıurfa şəhərində Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatlarının qurultayında çıxış edən ölkə rəhbəri və məşhur müğənni İbrahim Tatlıses arasında dialoq yaşanıb.

Tatlıses Ərdoğana qarşıdan gələn seçkilərdə prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı sual ünvanlayıb.

“Sən varsansa, varam”, - dövlət başçısı cavab verib.

Tərəflərin dialoqu "TRT Haber" vasitəsilə yayımlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol