Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
APA xəbər verir ki, bu barədə Aİ lideri “X”də paylaşım edib.
O, Nikol Paşinyanla Aİ-Ermənistan münasibətlərində “müsbət dinamikanı” müzakirə etdiklərini bildirib.
Eyni zamanda, Antonio Koşta Ermənistan lideri ilə söhbətində “Aİ-nin ortaq dəyərlərə əsaslanan tərəfdaşlığı daha da gücləndirmək və bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək öhdəliyini ifadə etdiyini” vurğulayıb.


Şərhlər
Bəzilərinin marionet adlandırdığı Ermənistan Kremlin iradına zidd Avropa İttifaqına üzvlüyə alışırsa, nədən müstəqil dövlətimiz onun üzvü olmasın? Dünyada 2ci bir dövlət varmı ki, öz hesabına Qaz Layihəsi çəkib, avropanın istismarına versin?