Menu

Bakıda ər küçənin ortasında arvadının üzünü doğradı

14.12.2014, 16:13
Bakıda ər küçənin ortasında arvadının üzünü doğradı

26 yaşlı Turanə sifətinin sol hissəsinin çoxsaylı kəsilmiş xəsarətləri ilə xəstəxanaya daxil olub

Bakıda 26 yaşlı qadın küçənin ortasında həyat yoldaşının hücumuna məruz qalıb.

ANS PRESS-in lent.az-a istinadən verdiyi məlumata görə, olay dekabrın 12-də saat 9:45 radələrində Lermantov küçəsində baş verib.

Həmin küçənin 40A ünvanının qarşısında 1984-cü il təvəllüdlü Məmmədov Ramil Adil oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Məmmədova Turanə Vaqif qızına bıçaqla xəsarətlər yetirib.

26 yaşlı T.Məmmədova sifətinin sol hissəsinin çoxsaylı kəsilmiş xəsarətləri ilə xəstəxanaya daxil olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol