Türkiyə mətbuatında Gülən camaatının lideri Fətullah Güləni "ələ verən" video yayılıb. ANS-in məlumatına görə, Gülən video 2009-cu il 6 aprel tarixində çəkilib. Videoda Gülən ona qarşı illərdir müxalif olan Mehmet Doğanın rəhbərlik etdiyi “Tahşiyecileri” silahlı terror qruplaşması kimi hədəf göstərib.
Bundan sonra "Zaman" qəzeti isə Gülənin bu hədəfini "vurmağa" başlayır. Samanyolu TV isə "Tək Türkiyə" serialında Tahşiyeciler hədəf olaraq göstərilib.
Bütün bunlarla insnlar arasında rəy yaratdıqdan sonra "Paralel hökumət"ə yaxın prokurorlar tərəfindən istintaq işloərinə başlamılır. Polislər, hakimlər tutulur.
Gülənin qurduğu "tələ"ni ifşa edən həmin videonu sizə təqdim edirik.
Qeyd edək ki, bu gün Türkiyə polisi "paralel hökumət"ə qarşı əməliyyata başlayıb və bir neçə nəfər həbs edilib. "AzPolitika.info" həmin videonu təqdim edir.


Şərhlər