Menu

"HƏMAS girovları tezliklə azad edəcək" - Tramp

15.01.2025, 22:00
"HƏMAS girovları tezliklə azad edəcək" - Tramp

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Fələstinin HƏMAS hərəkatı tərəfindən saxlanılan israilli girovların tezliklə azad ediləcəyini bildirib.

"Report"un xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Bizim Yaxın Şərqdəki girovlarla bağlı razılaşmamız var. Onlar yaxın vaxtlarda azad olunacaqlar", - paylaşımda qeyd edilib.

Bundan əvvəl "Əl-Qahira Əl-İxbariya" telekanalı mənbələrə istinadən məlumat yayıb ki, Qəzza zolağında atəşkəs razılaşması əldə olunub.

Məlumata görə, razılaşma vasitəçilərin bir neçə saatlıq gərgin fəaliyyətindən sonra bağlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol