Menu

Yaroslavlda baş vermiş yanğında uşaqlar da daxil olmaqla dörd nəfər ölüb

20.01.2025, 00:41
Yaroslavlda baş vermiş yanğında uşaqlar da daxil olmaqla dörd nəfər ölüb

Rusiyanın Yaroslavl şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində dörd nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat yayıb.

“Yaroslavlda doqquzmərtəbəli binanın birinci mərtəbəsində mənzil yanıb. Rusiya FHN-in yanğınsöndürənləri yanğını söndürərkən 2 yetkin insanın meyitini aşkar ediblər. Üç yaşlı oğlan və qız otaqdan çıxarılıb. Təəssüf ki, onları xilas etmək mümkün olmayıb”, – qurumun teleqramdakı məlumatında deyilir.

Bildirilib ki, hadisə yerində 18 mütəxəssis, 6 texnika, həmçinin yanğın sınaq laboratoriyası işləyir.

Şərhlər

Köhne 2025-01-20 06:36:30

YAROSLAVDA GŌRESEN XEBELERI VAR ...? DŪNEN IMIŠLIDE POLIS MAŠINI 4 UŠGU VURUB ŌLDŪRŪB.. ....VICDAN HER ASAMDA OLMUR.. .... .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol