Pensiyaçılara 200 manat əlavə yardımın ödənilməsi 2022-ci ildə tətbiq olundu. O zaman istehlak bazarında qiymətlərin kəskin artması səbəbindən cənab Prezident pensiyaçılara maddi yardım verilməsi ilə bağlı sənəd imzaladı. Həmin yardım da pensiya məbləğinə əlavə olundu və indeksləşdirildi.
Bu sözləri axar.az-a millət vəkili Vüqar Bayramov pensiyaçılara bu il də əlavə olaraq 200 manat maddi yardımın verilib-verilməyəcəyi məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bununla bağlı Milli Məclisdə təklif səsləndirilib:"Bu istiqamətdə təkliflər Milli Məclisdə müzakirələr zamanı təqdim olunub. O cümlədən Əmək və Sosial Siyasət Komissiyasının iclasında təqdim olunan təkliflərin biri məhz pensiyaçılara əvvəlki illərdə olduğu kimi yardımın verilməsi imkanının araşdırılması ilə bağlıdır. Sözsüz, bu istiqamətdə fiksal qiymətləndirmənin aparılması və buna uyğun olaraq qərarın verilməsi vacibdir".
Qeyd edək ki, ötən ilin noyabrına olan son statistik rəqəmlərə görə, Azərbaycanda təxminən 1 milyon 100 min pensiyaçı var.


Şərhlər
Belə əhmiyyəti hiss olunmayan rəqəmlərlə manipulyasiya etməyin mənası yoxur.BPrdəfəlik 200 manat heç bir yaranı sağaltmır.Pensiyaçıların orta yaşamını təmin edən pensiya təminatına ehtiyac vardır.Axı Azərbaycan kimi yeraltı və yer üstü sərvətlərə dolu öıkədə ömrünü ölkənin inkişafına sərf edən pensiyaçıları yarı ac saxlamaq doğru deyil
Bu Vüqar Bayramov pensiyaçıları ələ salmaqdan,heysiyyətlərinə toxunmaqdan xəcalət çəkmir? *Ölkədə katostrafik qiymət artımı fonunda pensiyaların 8 faiz artımı,indi də hələ bəlkə veriləcəyi danışılan 200 manat məsələsinə onun pensiyaçılara qarşı mənfi mövqei ortadadır.200 manat əlavə yardımın 365 günə böləndə pensiyaçıya hansı köməyi olur? 40-60 faiz qiymətlərin artımı halında onun əsasandırmağa çalışdığı 8 faiz pensiyaçılara nə verir? Bunları Vüqar bəy düşünə bilirmi?Ortaya çımasa daha məqsədə uyğun olar.