Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb.
"Report" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, məsələ ilə bağlı konkret faktlar var: "Bu faktlarla bağlı cinayət işi açılıb, istintaq davam edir. Belə halların bir daha baş verməməsi üçün Baş Prokurorluq aidiyyatı qurumlarla bağlı qabaqlayıcı tədbirlər görür. Bu sahədə problemlər araşdırılır və gələcəkdə baş verməməsi ilə bağlı tədbirlər görülür".


Şərhlər
İNSANIN SİFƏT CİZGİLƏRİNİ DƏYİŞƏN ƏMƏLİYYATLAR QADAĞAN OLUNMALIDIR! BELƏ ƏMƏLİYYATLAR KRİMİNAL HALLAR YARADIRPASPORT DANNILARI UYĞUN GƏLMİR.SİFƏT DƏYİŞİR.BAXIN QADIN MÜĞƏNNİLƏRİMİZ BİR-BİRİNƏ BƏNZƏDİLİB.BƏZİ KİŞİLƏRDƏ QADIN SİFƏTLƏRİ PEYDA OLUB.BU YOVERİLMƏZDİR.