Menu

Dövlət komitəsi "Sultan" restoranını "vurdu" - Yoxlama (FOTOLAR)

21.11.2013, 16:21
Dövlət komitəsi "Sultan" restoranını "vurdu" - Yoxlama (FOTOLAR)

«Sultan» restoranında köhnə yeməklər müştərilərə yeni hazırlanmış qida kimi təklif olunub

Bakı şəhərinin Nəsimi rayonu, Xəqani küçəsi,36 ünvanında yerləşən, fiziki şəxs Şükür İslamova məxsus «Sultan» restoranında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən dövlət nəzarəti aparılıb.

Noyabrın 21-də yayılan rəsmi açıqlamaya görə, araşdırma zamanı müəyyən edilib ki, müəssisənin mətbəxində sanitariya norma və qaydaları pozulub, natəmizlik hökm sürür. Müəssisədə kulinariya məmulatları reseptura olmadan hazırlanır, istifadə olunan məhsulların mənşəyini və keyfiyyətini bildirən müvafiq sertifikatlar yoxdur, mətbəxdə temperatur rejiminə düzgün əməl olunmur.

Həmçinin bütün hazır yeməklər alüminium qazanlarda soyuducuda ağzıaçıq, bir gün öncədən bişmiş yeməklər olan qazanlar bir-birinin üzərinə qoyularaq qapaqsız saxlanılır. Restoranda istehlakçı hüquqları pozularaq bir neçə gün əvvəldən hazırlanmış yeməklər yeni hazırlanmış qida adı ilə təklif olunur.

Müəssisədən ət farşı, “şuba” salatı, “mimoza” salatı, səbzi qovurma yeməklərindən nümunə götürülüb, komitənin Təcrübə-Sınaq Mərkəzinin laboratoriyasına təqdim olunub.

Araşdırma davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol