Menu

Rusiya büdcəsində rekord artım - Gəlir artıb, rubl isə ucuzlaşıb

21.01.2025, 17:37
Rusiya büdcəsində rekord artım - Gəlir artıb, rubl isə ucuzlaşıb

Dekabrda Rusiyanın büdcə gəlirləri rekord həddə - 4 trilyon rubla (40 milyard dollar) çatıb ki, bu da ötən ilin dekabr ayı ilə müqayisədə 28% çoxdur.

“AzPolitika” xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin məlumatlarında belə deyilir.

Xüsusi vurğulanır ki, sabit iqtisadi artım nəticəsində neft və qaz ixracından əldə olunan gəlirlər 30 faizə yaxın artıb, vergi və dividend daxilolmaları da çoxalıb.

Bununla yanaşı, Rusiyanın dekabrda ümumi xərcləri 7,15 trilyon rubla çatıb və ötən ilin rekordunu üstələyib.

2024-cü il ərzində ölkənin gəlirləri 26% artaraq 36,7 trilyon rubl, xərclər isə 24% artaraq 40,2 trilyon rubla çatıb ki, bu da 3,5 trilyon rublluq büdcə kəsiri ilə nəticələnib. Eyni zamanda, rubl dollar qarşısında təxminən 12% ucuzlaşıb.

“AzPolitika.info”

Şərhlər

Fəxrəddin Fikri 2025-01-21 23:30:59

Güman ki, yüksək büdcə profisiti mədəniyyətini Kreml və İrəvan da Bakıdan öyrəniblər? İrəvan hökuməti büdcəsini də hədsiz aşan faktiki gəliri ilə Kremllə hesablaşmağı belə rəva bilmir? Ukraynanı *düzləndirməyə* xərclənən RFnda zəruri natural məhsul bolluğu ehtimal ki, tam ödənmir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol