Menu

Həmas hərbi gücünü göstərdi

15.12.2014, 09:37
Həmas hərbi gücünü göstərdi

Parada tamaşa etmək üçün minlərlə insan şəhər mərkəzində toplaşıb

Fələstinin Qəzza zolağında Həmas partiyasının hərbi qolu parad keçirib. Qəzza şəhərində baş tutan parada tamaşa etmək üçün minlərlə qrup tərəfdarı şəhər mərkəzində toplaşıb.

Hərbi qüvvələr orduya məxsus silahlar - raketləri və artilleriyalar ilə güc nümayiş etdiriblər. Parad zamanı Qəssam briqadası xüsusi şou ilə diqqətləri özünə cəlb edib.

Paradda, eyni zamanda, Həmas lideri İsmail Haniyə də iştirak edib.

Bir qədər əvvəl fələstinli nazir Ziyad Abu Aynın İsrail əsgərləri tərəfindən öldürülməsi Fələstin xalqının qəzəbinə səbəb olub. Ölkə lideri Mahmud Abbas baş verən zorakılığa qarşı sərt reaksiya verəcəklərini bildirmişdi. /anspress

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol