Menu

Ermənistan 2025-ci ildə KTMT-yə üzvlüyünün dondurulmasını davam etdirəcək

23.01.2025, 11:37
Ermənistan 2025-ci ildə KTMT-yə üzvlüyünün dondurulmasını davam etdirəcək

Ermənistan 2025-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünün dondurulmasını dayandırmayacaq.

APA xəbər verir ki, bu barədə Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin hesabatında deyilir.

Hesabatda bildirilir ki, KTMT-nin Cənubi Qafqaz problemlərinə reaksiya verməkdə “yararsızlığı” və “həyatqabiliyyətsizliyi” 2025-ci ildə çətin ki, dəyişsin.

Ona görə də, Ermənistanın KTMT-yə üzvlüyünün dondurulması üçün əsasların aradan qalxması ehtimalı azdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol