Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Hövsan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 37 yaşlı Ramil (soyadı məlum deyil) güllə yarası ilə xəstəxanaya müraciət edib. Hadisə ilə bağlı polis məlumatlandırılıb.
Suraxanı Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, daxil olan məlumat əsasında araşdırma aparılır.


Şərhlər