Menu

“ABŞ təminat versə...” - Zelenski Putinlə danışıqları mümkün sayır

23.01.2025, 16:24
“ABŞ təminat versə...” - Zelenski Putinlə danışıqları mümkün sayır

Ukrayna Prezidenti Volodimir Zelenski Vladimir Putinlə danışıqları mümkün sayır, o şərtlə ki, ABŞ Ukraynanın təhlükəsizlik təminatçısı rolunda çıxış etsin.

“AzPolitika” xəbər verir ki, Zelenski “Bloomberg”-ə müsahibəsində yeni ABŞ Prezidentinin Ukraynanın təhlükəsizliyinə zəmanət verməsi şərti ilə Vladimir Putinlə danışıqların mümkünlüyünü bildirib: “Əgər prezident Tramp bizə Ukrayna üçün güclü və dönməz təhlükəsizliyi təmin edə bilsə, mən buna inanıram, o zaman biz diplomatik yolla gedəcəyik. Mən başa düşürəm ki, müharibəni Rusiyasız diplomatik yolla bitirmək mümkün deyil”.

Zelenski bunu Putinlə danışıqlar masasına oturmamaq barədə mövqeyini dəyişməyə hazır olub-olmadığı ilə bağlı sualı cavablandırarkən deyib.

Zelenski həmçinin hesab edir ki, effektiv olması üçün Ukraynada yerləşdirilən sülhməramlı qüvvələrə Amerika hərbçiləri də daxil olmalıdır: “Avropalı müttəfiqlərin Putinə qarşı real maneə yaratmaq üçün kifayət qədər qoşunları yoxdur və istənilən başqa həll NATO alyansı daxilində parçalanmalar yaratmaq riskini daşıyır”.

Xatırladaq ki, 2022-ci ilin oktyabrında Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDMŞ) Putinlə danışıqların mümkün olmadığını bildirən fərmanını qüvvəyə mindirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol