Menu

Deputat heyvan haqlarından narahatdır

24.01.2025, 14:56
Deputat heyvan haqlarından narahatdır

Məişət tullantılarının çeşidlənməsi ilə bağlı problemi dəfələrlə qaldırmışam.

APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fatma Yıldırım deyib.

Deputat bildirib ki, ən azından sahibkarlar məişət tullantılarının çeşidlənməsinə başlamalıdır: “Artıq cəmiyyət məişət tullantılarının yenidən emala getməsinə hazır olmalıdır. Biz yaşıl enerjiyə keçid mərhələsindəyik”.

Fatma Yıldırım heyvan haqları ilə bağlı cəmiyyətdə narahatlığa diqqət çəkib: “Sahibsiz heyvanlara qida almaq istəyən vətəndaşlarımız, heyvansevər insanlarımız var. Təklif edirəm ki, heyvan qidaları əlavə dəyər vergisindən, vergidən azad edilsin. Bu, şərait yaradacaq ki, sahibsiz heyvanları sahiblənməsələr də, heyvansevərlər onlara qida alıb verə bilsinlər”.

Şərhlər

Kőhne 2025-01-24 22:37:29

Insan haqqları bomba vezıyyetdedır........

pensioner 2025-01-24 19:57:00

İnsan haqları həll olunub qurtarıb, qalıb heyvan haqları

Qulu 2025-01-24 17:33:10

Heyvanlara qayğı əlbətdə humanistlikdir..Ancaq arada bir səni "seçən" insanların da qayğılarından danışsan günah olmaz...

Vidadi 2025-01-24 17:16:09

Salam, Fatma xanım, sahibsiz heyvanları küçədə yemləmək yox, küçədən yığmaq, sığınacaqlar təşkil etmək, başqa tədbirlər düşünmək, həyata keçirmək lazımdır.

rr 2025-01-24 17:15:04

Fatma xanim, bashqa neden narahati?

Eli 2025-01-24 16:16:30

Göresen bele genc Dahi deputatları kim ve nece keşf edib. Maşalsh gelen kimi “İnsan faktorunu “ butün problemlerini inceleyib hel eden kimi “Heyvan haqqlarınl” müdafiüye girişibler .Yeüin ilin sonununa ölkede heç bir ptoblem qalmaz bele getse.Gözün aydın ay millet derdine yananlsr geldi kef eyke.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol