Menu

Çin və Qazaxıstan 14 milyard dollarlıq 30 razılaşma imzalayıb

15.12.2014, 11:59
Çin və Qazaxıstan 14 milyard dollarlıq 30 razılaşma imzalayıb

 

Dekabrın 15-də Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin baş nazirləri Qazaxıstan paytaxtı Astanada görüşür.

Danışıqlardan əvvəl Rusiyanın baş naziri Dmitry Medvedev çinli həmkarı Li Keqiang-la görüşüb.

Dekabrın 14-də isə Li Qazaxıstanın baş naziri Karim Masimovla müxtəlif sahələrdə 14 milyard dollarlıq 30 razılaşma imzalayıb.

Əldə edilən razılığa əsasən Çin Qazaxıstana kimya sahəsinə 3,9 milyard dollar investisiya qoyacaq.

Dekabrın 14-də isə Masimov və Medvedev Rusiyanın yaratdığı Avrasiya İqtisadi Birliyi ilə bağlı məsələləri müzakirə edib.

Şanxay Əməkdaşlıq Təşkilatının digər üzvləri Qırğızıstan, Taciksitan və Özbəkistandır. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol