Menu

İsmail Kartal ilk matçında "Traktor"u məğlub edib

26.01.2025, 22:54
İsmail Kartal ilk matçında "Traktor"u məğlub edib

Bir müddət əvvəl İran komandalarından “Persopolis”in baş məşqçilik vəzifəsinə gətirilən İsmail Kartal, klubla ilk rəsmi matçına çıxıb.

Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssisin rəhbərlik etdiyi komanda doğma meydanda Təbriz təmsilçisi “Traktor Sazi”ni qəbul edib.

Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, bu nəticə ilə “Persopolis” 33 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol