Menu

"Şimali Koreya əsgərləri cəbhə xəttindən geri çəkiliblər" - Xarici KİV

27.01.2025, 14:54
"Şimali Koreya əsgərləri cəbhə xəttindən geri çəkiliblər" - Xarici KİV

Şimali Koreya əsgərləri ağır itkilərdən sonra müvəqqəti olaraq cəbhə xəttindən geri çəkiliblər.

"AzPolitika" xəbər verir ki, bu barədə "Sky News" nəşri Ukrayna kəşfiyyatına istinadla məlumat yayıb.

Məlumata görə, onlar əsir düşməkdənsə, özlərini partlatmağı üstün tuturlar. Kəşfiyyatçılar bir neçə dəfə koreyalı əsgərlərin özlərini partlatmazdan əvvəl "hər şey general Kim Çen In üçün" sözlərini dilə gətirdiklərinin şahidi olublar. Bunu əsir düşən koreyalılar da təsdiq edib. 

Qeyd olunur ki, ümumiyyətlə, koreyalılar müasir müharibə üslubundan xəbərsizdirlər. Onlar PUA və artilleriya təhlükəsini düzgün qiymətləndirmir, ərazilərin minalı olub olmamasını yoxlamadan irəliləyir və nəticədə çox asanlıqla böyük itkilər verirlər. Bildirilir ki, hətta hücuma keçən 20-40-60 nəfərlik qrup bəzən qısa müddətə asanlıqla məhv edilir.

"AzPolitika.info"

Şərhlər

Dəxi Kolxozdar 2025-01-27 16:51:41

Ukraynadan 28 dəfə böyük RFnın müdafiəsinə canlı Koreya yardımı, artıq 2ci xəttə çəkilsə də, sözlə çoxsaylı yardımçısı olan Kiyevə *dayan doldueu?*dan real-canlı dəstək cəhdi duyulmur? Müqayisədə *digəri*nin probleminin heç *KƏS*in adi hesabi marağındada olmadığı acı faktdır!? Kiyev Kremli yox etsə də, RFna heç zaman üstün gələ bilməz!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol