Menu

Naxçıvanda 49 yaşlı kişi qətlə yetirilib

29.01.2025, 15:45
Naxçıvanda 49 yaşlı kişi qətlə yetirilib

Naxçıvanda 49 yaşlı kişi qətlə yetirilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan verilən məlumata görə, yanvarın 28-də Babək rayon sakini 1976-cı il təvəllüdlü Fərzalı Behbudovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1965-ci il təvəllüdlü Rəhman Bayramovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Fərzalı Behbudova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rəhman Bayramov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol