Azərbaycan Prezidenti “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Proqramın məqsədi Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir. Bu baxımdan proqramın icrası nəticəsində şəhərdaxili sıxlığın azaldılması və ictimai nəqliyyatdan istifadənin səmərəliliyini artırılması hədəflənir.
İqtisadçı, deputat Vüqar Bayramov bildirib ki, Proqramda diqqəti çəkən əsas məqamlardan biri nəqliyyat infrastrukturunun inkişafı zamanı səmərəlilik, təhlükəsizlik və ekoloji meyarların nəzərə alınmasıdır. Onun sözlərinə görə, Proqram ictimai nəqliyyatın əhatə dairəsinin genişləndirilməsini və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini - yeni avtomobil yollarının tikintisi, müxtəlif səviyyəli yol qovşaqlarının inşası, avtobus zolaqlarının çəkilməsi özündə ehtiva edir.
İqtisadçı vurğulayıb ki, Proqrama əsasən, yeni yolların çəkilməsi, ictimai nəqliyyatın səmərəliliyinin artırılması, mobilliyinin gücləndirilməsi kimi tədbirlər ilə yanaşı piyadalar üçün infrastrukturun gücləndirilməsi nəzərdə tutulur. “Bu özünü metro sisteminin genişləndirilməsində də göstərəcək. Bu sahədə 20 ədəd sərnişin qatarının alınması və “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılması kimi tədbirlər də nəzərdə tutulur”, - o əlavə edib.
Deputatın sözlərinə görə, Proqram infrastrukturun genişləndirilməsi ilə yanaşı tıxac və sıxlığın azaldılmasına xidmət edən keyfiyyət tədbirlərini də nəzərdə tutur: “Belə ki, uzun müddət müzakirə edilən dəyişkən iş qrafikinin tətbiqi həyata keçiriləcək. Proqrama əsasən, dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili reallaşacaq. Bu fərqli saatlarda iş başlama və iş vaxtının bitməsi anlamına gəlir. Eyni zamanda, inkişaf etmiş ölkələrdə olan kimi “məktəb avtobusları”ndan istifadə də nəzərdə tutulur. Hazırda “məktəb avtobusları”ndan az sayda məktəblər istifadə edir. Qiymətləndirmələr göstərir ki, sistemli şəkildə “məktəb avtobusları”ndan istifadə olunmaması tıxacaq yaradan səbəblərdən biridir”.
V.Bayramov onu da bildirib ki, Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin davamlı olaraq inkişaf etdirilməsi və həmin sistemin respublikanın digər böyük şəhərlərində tətbiqi məqsədilə tədbirlər görülməsi də nəzərdə tutulur.
“Bu o deməkdir ki, yalnız Bakıda deyil, digər iri şəhərlərdə də smart nəqliyyat sistemi formalaşacaq. Bütövlükdə, dövlət proqramı Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun sistemli və mərhələli şəkildə təkmilləşdirilməsini nəzərdə tutur”, - iqtisadçı yekunlaşdırıb.
“AzPolitika.info”


Şərhlər
Cənab Prezidentin məlum Sərəncamına hörmətlə yanaşıram, lakin ehtiyat edirəm ki, bu Dövlət Proqramını da Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında təsdiq olunmuş Dövlət Proqramının aqibəti gözləsin. Dövlət Proqramının məramı çox gözlədir. Bir vətəndaş, sürücü kimi irad və təkliflərimi bildirmək istərdim. Belə ki, Proqramda (5-ci səhifədə) qeyd edilir ki, Bakı şəhərində olan avtomobil yollarında 163 ədəd yeraltı və yerüstü piyada keçidi tikilmişdir. Daha sonra 10-cu səhifədə qeyd edilir ki, son 20 il ərzində Bakı şəhərində piyadalaşma təşəbbüslərinə dəstək olaraq 126 ədəd yeraltı və yerüstü piyada keçidi inşa edilmişdir. Proqramda belə anlaşılmazlıq yolverilməzdir. Bundan əlavə Proqramda elə terminlərdən istifadə olunur ki, nə “Avtomobil yolları haqqında”, nə “Nəqliyyat vasitələri haqqında” Qanunlarda bu terminlərin anlayışı verilməmişdir. Allah Üzeyir bəyə rəhmət eləsin, “O olmasın, bu olsun” bədii filmində Məşədi İbad deyir tarixi Nadiri yarıya qədər oxumuşam amma bunun nə dediyini anlamıram. Belə təsəvvür yaranır ki, Proqram hazırlanarkən ya Avropa ölkələrinin hansısa ölkəsinin və da ABŞ-ın hansısa ştatının qanunu eybəcər şəkildə ana dilimizə tərcümə olunmuşdur. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda göstərilmişdir ki, qanunun dili aydın olmalıdır. Proqramın dili elə qəliz yazılmışdır ki, onu anlamaq üçün xüsusi bilik və qabiliyyət tələb olunur. Görünür Proqramı ya İqtisadiyyat nazirliyinin ya da Rəqəmsal və Nəqliyyat Nazirliyinin hansısa qurumu hazırlamışlar. Görünür ki, müəlliflər həddindən artıq canfəşanlıq etmişlər. Proqramın 15 səhifəsi söz yığnağından ibarətdir. Bir şeyi anlamaq lazımdır ki, ölkə başçısı birincisi, hüquqşünas deyil, ikincisi, onun hər Qanunu oxumağa vaxtı yoxdur. Belə olduğu halda bu qədər sayda dövlət qulluqçularını saxlamağa nə ehtiyac? Ən azından ayıbdır. Oxucularımızdan bu Proqrama münasibət bildirmələrini xahiş edərdim, çünki bu sənəd hər birimizin hüquqlarına toxunur.
Ukrayna dairəsində və köhnə maşın bazarı yanında heç vaxt tıxac olmurdu indi elə hala salıblar ki bu yollarda dairədə həmişə tıxac olur maşın yolunu daraldı dairədə torpaq sahəni genişləndirirlər onu nəzərdən keçirin ay insanlar
Hər şeyə bir çarə var prezervativ
Uktaina dairəsin təkmilləştirmək lazim deyil. Əvvəlki vəziyətinə qaytarin. O meydançalari yigiştirin.Hər gün əziyət çəkirik.