Menu

"Ermənistan Azərbaycana dəmir yolu ilə qarşılıqlı yükdaşımalara başlamağı təklif edir" - Paşinyan

31.01.2025, 13:53
"Ermənistan Azərbaycana dəmir yolu ilə qarşılıqlı yükdaşımalara başlamağı təklif edir" - Paşinyan

İrəvan Bakıya dəmir yolu ilə qarşılıqlı yükdaşımalara başlamağı təklif edir, müvafiq təklif Azərbaycan tərəfinə göndərilib.

“Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

"Biz Azərbaycana kommunikasiyaların açılması məsələsinin konkret həll yolunu təklif etmişik. Burada həm Ermənistanın, həm də Azərbaycanın mövqeyi nəzərə alınır. Bu mövqeləri nəzərə almaqla, biz Bakıya Azərbaycanın qərb rayonlarından Ermənistanın Mehri şəhəri vasitəsilə Naxçıvana və əks istiqamətdə dəmir yolu nəqliyyatı ilə yük daşımalarına başlamağı təklif edirik", - N.Paşinyan bildirib.

Onun sözlərinə görə, İrəvan həmçinin Bakıya Naxçıvan ərazisindən keçməklə Mehriyə dəmir yolu ilə yük daşımalarına başlamağı da təklif edir.

"Gələcəkdə, müvafiq atmosfer yaranarsa, sərnişin daşımaları barədə də düşünməyə başlayacağıq. Biz Azərbaycanın müsbət reaksiyasını gözləyirik", - Ermənistanın baş naziri qeyd edib.

Şərhlər

Bəhi 2025-01-31 16:09:02

N.V.Paşinyan bir Baş Nazir və güman ki, Naxçıvan-Azərbaycan dəhliz yollarının qurulması ilə parallel bərpası mümkün dəmir yolunun işə salınmasını əvəz tələbi də yox, sınaq təcrübəsi kimi təklif edir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol