"Görünür, Paşinyan maneəsiz dəhilizə ayrı “ad” vermək istəyir ki, daxildə təzyiqlə üzləşməsin"
“Ermənistanın Baş naziri Nikol Paşinyan yəqin anlayır ki, Zəngəzur dəhlizinin açılmasını yubatmaqla özünün də elan etdiyi “sülh qovşağının” Prezident İlham Əliyevin təbirincə desək, “bir qara qəpik” dəyəri olmayacaq”.
“AzPolitika” xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
Ekspert xatırladır ki, Bakının Tehranla razılaşması var, dəhliz İran ərazisindən Araz çayının sahiliylə də keçəcək, körpünün inşası bitmək üzrədir, yollar asfaltlanıb.
Onun sözlərinə görə, bu yol tam gücüylə işə düşdükdən sonra rəsmi Bakının keçmiş illərdə olduğu kimi Zəngəzur dəhlizində israrına ehtiyac qalmayacaq: “Paşinyan bu baş verməsin deyə, İlham Əliyevin “maneəsiz dəhliz” yanaşmasını qəbul etmək həvəsindədir. Təsadüfi deyil ki, Paşinyan bugünkü mətbuat konfransında “Ermənistan Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə deyil” fikrini səsləndirib. Ancaq Paşinyan bu cümlədən sonra “amma bu, Ermənistanın yurisdiksiyasından yan keçmək demək deyil” ifadəsini də əlavə edib. Böyük ehtimalla Paşinyan bu əlavəsiylə özünü müxalifətin ittihamlarından sığortalamağa çalışır. Məsələn burasındadır ki, Zəngəzur dəhlizindən maneəsiz keçidi qəbul etməyə hazır görünən Paşinyan bu zaman Ermənistan yurisdiksiyasını tətbiq edə bilməyəcək. Paşinyan bunun əvəzinə Azərbaycandan Ermənistan üçün də Rusiyaya maneəsiz keçid istəyə bilər. Ancaq bunlar fərqli məsələrdir. Zəngəzur dəhlizi Azərbaycanın materik hissəsini ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirir. Bu Ermənistan qatarlarının və maşınlarının eyni qaydada Azərbaycan ərazisindən maneəsiz keçidi ilə bərabər tutula bilməz”.
E.Şahinoğlu əmindir ki, bütün hallarda Paşinyan Zəngəzur dəhliziylə bağlı addım barədə düşünür. Onun sözlərinə görə, Baş nazirin “müasir dünya bütün istiqamətlərdə maneəsiz hərəkəti təmin etmək üçün daima çalışır” sözləri də bundan xəbər verir: “Paşinyanın İrəvanın Azərbaycana öz təkliflərini göndərdiyi və cavab gözləməsiylə bağlı söylədiklərində də diqqət çəkən məqam var: “Onlar (Bakı) bunu nə adlandıracaq (kommunikasiyaların həlli üzrə), biz nə adlandıracağıq, bu başqa mövzudur. Qərar nə olursa olsun biz onu öz, onlar da öz adı ilə çağıracaq. Vacib olan məsələnin mahiyyətidir”. Görünür, Paşinyan maneəsiz dəhilizə ayrı “ad” vermək istəyir ki, daxildə təzyiqlə üzləşməsin. Bizim üçün də dəhlizin necə adlanmasının fərqi yoxdur. Əsas odur ki, maneəsiz dəhliz mövcud olsun və Azərbaycan vətəndaşları passport yoxlamasına məruz qalmadan Ermənistan üzərindən qatarla və maşınla Naxçıvana keçə bilsinlər”.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Hələdə bizim politoloqlar başa düşmür ki Paşik dəhliz problemini heç vaxt inkar etməyib ,sadəcə rusun nəzarətində olmasını istəmir ,adicə « erməni soyqrımı » sözünü də erməni leksikonundan çıxarmaq istəyir ,daha « sözə baxanlar » yetimi devirmək istəyirsiz ? Kremldən əmr gəlib ?
Anlamadıq, Paşinyan hara hansı yola gəlir. Paşinyanın fikirlərinə diqqət yetirdikdə, görsənir ki Paşinyan Zəngəzur dəhlizindən danışmır. Paşinyan açıq söyləyir ki, "Biz təklif edirik ki, Qərbi Azərbaycandan, yəni Azərbaycanın qərb rayonlarından Naxçıvan Muxtar Respublikasına və əksinə dəmir yolu yük əlaqəsi olsun, amma eyni prinsiplə Arazdəyəndən Naxçıvan ərazisi ilə də əlaqə olsun, Mehriyə və əksinə". Bu da o deməkdir ki, yəni Azərbaycanın Qərbindəki Akstafadan giriş yapılır oradan da Dilicana, İravana, Arazdəyənə, Naxçıvana və sonda da Mehriyə və əks istiqamətdə yükdaşımalar həyada keçirilir. Paşinyan ardınca bir daha təkirar edir ki,“amma bu da, Ermənistanın yurisdiksiyasından yan keçmək demək deyil”. Nokta. Deməyi ilə Zəngəzur dəhlizinin açılışı da qalır gələcəyə. Sanki, heç kaputiliyasiya aktını qəbul edən Paşinyan deyil də, bizik. Gereizəkalı. Sanıram yanlış anlamamışıq. Həqiqətən də Paşinyan belə deyibsə, bu nə 10 noyabr sazişinə, nə də Azərbaycanın şərtlərinə uyğun deyil və inanırıq ki də Azərbaycan Prezidenti Paşinyanın dediyi bu təkliflə heç vaxt razılaşmayacaq.