Sosial şəbəkələrdə fevral ayının 1-dən etibarən marketlərdə çörəyinin qiymətinin artımı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Report”un xəbərinə görə, çörək istehsal edən tanınmış şirkətlərdən biri yeni çeşiddə məhsulu istehsala buraxacaq. Belə ki, marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı, fevral ayının 1-dən etibarən yeni çəkidə, yeni qiymətə - 65 qəpiyə 620 qramlıq zavod çörəyi ikinci çeşid kimi tədarük olunacaq.
Bütün bunlar onu göstərir ki, əslində sosial şəbəkələrdə qiymət artımı barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Söhbət yalnız yeni çeşiddə çörəyin satışa çıxarılmasından gedir.


Şərhlər
Özünüz gic yerinə qoya bilərsiz -510 qr 50 qəpiyə satılırdı , 600 qqr -55 qəpik ,indi isə 510 oldu 55 q, 620 oldu 65 qəpik 20 qram çəki artdı 10qəpik bahallandı ,uutanmırsız adını da qoyursuz yeni çeşid
Çörəyin qiyməti ilə alver etməyin.Bir un məhullarının qiymətlərinə diqqət edin.Onların qiymətləti niyə yükəkdir və tez-tez bahalaşdırılır.Məlumat yazanda ətraflı yazın ki.inanan olşun.