Ermənistanın ən böyük vergi ödəyicisi olan Zəngəzur Mis-Molibden Kombinatında (ZPMC QSC) işçilər dünəndən etibarən maaşlarının artırılmasını tələb edirlər.
“AzPolitika” xəbər verir ki, kombinat bəyanat yayaraq, bu hərəkətlərin qanunsuz olduğunu, aksiyanı tətil hesab etmədiyini və dəstəkləmədiyini bildirib.
Şirkət qeyd edib ki, bir qrup işçi şirkətdə iş prosesini sabotaj edir və əmək haqqının qeyri-real səviyyədə artırılmasını tələb edir.
"İşçilərin qanunsuz hərəkətləri nəticəsində kombinatda istehsalat dövriyyəsi pozulub, şirkətə və qalan işçilərə xeyli miqdarda maddi ziyan dəyib. Əgər yuxarıda qeyd olunan qanunsuz hərəkətlər davam edərsə, şirkət xeyli sayda işçini evə göndərmək məcburiyyətində qalacaq. ZPMC QSC-nin və işçilərinin böyük əksəriyyətinin maraqlarına əsaslanaraq, kombinat əmək öhdəliklərini pozanları Ermənistan Respublikası Əmək Məcəlləsinin 21-ci fəslinə uyğun olaraq intizam məsuliyyətinə cəlb etmək hüquqlarını həyata keçirəcək", - bəyanatında bildirilir.
Aksiya iştirakçılarından biri ZCMK QSC-nın açıqlamasına baxmayaraq, tətili davam etdirəcəklərini bildiriblər.
“AzPolitika.info”


Şərhlər
Dövlətimiz dünyanın ilklərindən biri kimi Elektron Hökuməti, sıra Sənaye İnqlabları ilə artıq, Rəqəmsal Ağıllı-Rəvan idarə olunan bütöv kəndlər, şəhərlər tikir. Bir izləyici kimi mediamızın də hər xəbəri-təsvir, tənqid, ya təhlil bütöv təqdim etsin. Həmin Kombinat və ölkə üzrə orta maaşlar nə qədərdir? Həmin Kombinatda Azərbaycanın qızıl-molibden yataqlarının kolçedanları yoxmu, bir təsəvvür verə bilər?