Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar daxil olan müraciətlərə baxıb.
“Report” xəbər verir ki, əvvəlcə şikayətlərin hansı seçki dairələrindən daxil olduğu barədə məlumat verilib.
Bildirilib ki, MSK-ya 8 seçki dairə seçki komissiyasından şikayət daxil olub:
56 saylı Şabran-Xaçmaz DSK (2 şikayət),
67 saylı Sabirabad DSK,
68 saylı Sabirabad-Şirvan DSK,
72 saylı Cəlilabad kənd DSK,
81 saylı İmişli DSK,
82 saylı İmişli-Saatlı DSK,
85 saylı Füzuli-Ağcabadi DSK,
86 saylı Ağcabədi DSK.
Müraciətlər baxılması üçün aidiyyəti üzrə dairə seçki komissiyalarına göndərilib.


Şərhlər
MK-nın Əcaib qərarlarına kim olmaz deyəcək? belə alınır ki, ənən ənə şikayət?Bunun nə nəticəi ola bilər ki?Bu heç bir qanunla tənzimlənə bilməyən qərardır və çikayətin badırılmaı deməkir.Bə hüquq,qanun nə deyir? Niyə belə hallar baş verir və nəzarət edilmir?