Menu

Ərəb ölkələri Trampın fələstinlilərin Qəzzadan köçürülməsi təklifini rədd edib

01.02.2025, 17:55
Ərəb ölkələri Trampın fələstinlilərin Qəzzadan köçürülməsi təklifini rədd edib

Ərəb ölkələri ABŞ Prezidenti Donald Trampın fələstinlilərin Qəzzadan İordaniya və Misirə köçürülməsi ilə bağlı təklifini rədd edib.

APA "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Fələstin dövvləti və Ərəb Dövlətləri Liqası Qahirədə keçirilən görüş zamanı birgə bəyanat yayıblar.

Bəyanatda bildirilib ki, Trampın təklif planı regiondakı sabitliyə təhlükə yarada və konfliktin genişlənməsinə səbəb ola bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol