Gürcüstan eks-baş naziri Bidzina İvanişvili məhkəməyə verilə bilər. Daha dəqiq desək, İvanişvilinin keçmiş həyat yoldaşı İnqa Pavlova onu məhkəməyə verməklə hədələyib.
Virtualaz.org-un Rusiya KİV-nə istinadən məlumatına görə, demə, eks-baş nazir eyni vaxtda, yəni 1991-ci ildə Parisdə İnqa Pavlova, Gürcüstanda isə Yekaterina Xvedelidze ilə ailə həyatı qurub. Lakin 1994-cü ildə o, Pavlova ilə rəsmən ayrılıb.
İvanişvilinin eks-xanımının sözlərinə görə, o, ərinin başqa bir qadınla evli olması ilə bağlı məlumatı 2011-ci ildə öyrənib: "Belə çıxır ki, 1991-ci ildə o, iki dəfə evlənib".
Bundan əlavə, İvanişvili Pavlovanın adından istifadə edərək Rusiyada "Faktorial"şirkəti açdığına görə məhkəməyə verilə bilər.


Şərhlər