Fransanın paytaxtı Parisin Austerlitz dəmiryol vağzalında baş verən silahlı insident nəticəsində iki nəfər yaralanıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Məlumata əsasən, naməlum şəxs divarlara svastika çəkməyə cəhd edərkən saxlanılıb. Hadisə yerində patrul xidməti həmin şəxsi nəzarətə almaq istədikdə o, silahı hüquq-mühafizə orqanlarının əməkdaşlarına tuşlayıb.
Təhlükəsizlik qüvvələri ona cavab atəşi açaraq şübhəlini ağır yaralayıblar. Atışma zamanı başqa bir şəxs də yüngül xəsarət alıb. Hazırda insidentin detalları araşdırılır.
Des agents de la sureté ferroviaire auraient ouvert le feu sur un homme qui taguait des croix gammées sur l’enceinte de la gare d’Austerlitz à Paris.
— CLPRESS / Agence de presse (@CLPRESSFR) February 3, 2025
L’individu les aurait menacés avec une arme factice. pic.twitter.com/XdW9OBIIjA


Şərhlər