“İrana maksimum təzyiq göstərilməlidir”.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində deyib.

Ondan ABŞ prezidenti Donald Trampın İrana qarşı siyasətini davam etdirib-etdirməyəcəyi soruşulub.

Dövlət katibinin sözügedən suala cavabı isə belə olub: “Vaşinqton İrana nüvə silahı əldə etmək məqsədi daşıyan fəaliyyətini dayandırmaq üçün daha çox təzyiq göstərməlidir”.

“AzPolitika.info”