Menu

Prezidentin pələngi iti yedi - VİDEO

15.12.2014, 15:30
Prezidentin pələngi iti yedi - VİDEO

Kuzya ovladığı iti kameralar önündə parçalayıb

Rusiya prezidenti Vladimir Putinin pələngi yenə gündəmə gəlib. Bu dəfə vəhşi heyvan iti yeyib. ANS PRESS-in məumatına görə, Putinin Çinin Heixiazi adasındakı Kuzya adlı pələngin gecə saatlarında iti yeməsi kameralara düşüb.

Görüntürdə pələng ağzında itin meyiti ilə gəlir. O, iti yeməmişdən öncə ətrafı diqqətli şəkildə müşahidə edib. Daha sonra isə yerə uzanaraq ovunu parçalamağa başlayıb.

Qeyd edək ki, Kuzya iki ölcə ölmək üzrəykən Putin tərəfindən xilas edilmişdi. Heyvan may ayında pələnglərin sayını artırmaq üzrə dövlət proqramı çərçivəsində tayqaya buraxılmışdı.

Lakin sonradan onun izləri Çində aşkar olunub.

Onun xüsusi fermada saxlandığı deyilir.

Kuzyanın bundan öncə də fermadakı keçiləri yediyi iddia edilirdi.

Putin'in Kaplanı Köpeği Yedi haberler

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol