Menu

Kürdəmirdə 26 yaşlı oğlan atasının iş yerində ölüb

04.02.2025, 19:17
Kürdəmirdə 26 yaşlı oğlan atasının iş yerində ölüb

Kürdəmir rayonunda 26 yaşlı oğlan atasının iş yerində qəfildən ölüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir, hadisə rayonun Ərşəli kəndində qeydə alınıb.

İlkin məlumata görə, 1999-cu il təvəllüdlü Fərzəliyev Fərasət Azad oğlu atasının işlədiyi avtoyuma servisinə gəlib. Bu zaman o, ürəktutmasından müvazinətini itirərək yıxılıb və həyatını itirib.

Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Fakt araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol