Menu

I Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunacaq - FOTO

05.02.2025, 12:28
I Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunacaq - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Dəfn olunacaq şəhidlərdən üçü də hərbçidir.

Fevralın 7-də hərbçilər Məmmədov Tərlan Fikrət oğlu Yevlax şəhəri Şəhidlər xiyabanında, Quliyev Müşfiq İbrahim oğlu Cəbrayıl rayonu Horovlu kənd qəbiristanlığında, Tağıyev Elşən Qubad oğlu isə Salyan rayonu Seyidsadıqlı kənd qəbiristanlığında dəfn olunacaqlar.

Şərhlər

Eli 2025-02-05 15:46:46

Allah rehmet eylesin Müqeddes Şehidlürimize Ruhları Şad Mekanları Cennetler olsun.Ruhları qarşlsında baş eyirem.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol