Menu

"Azərbaycan iqtisadiyyatı gözləniləndən daha sürətlə böyüyür" - Moody’s

05.02.2025, 17:48
"Azərbaycan iqtisadiyyatı gözləniləndən daha sürətlə böyüyür" - Moody’s

Azərbaycan iqtisadiyyatı gözləniləndən daha sürətlə böyüyür.

“APA-Economics” xəbər verir ki, bu barədə “Moody’s Ratings” beynəlxalq reytinq agentliyindən bildirilib.

Qeyd edilib ki, 2024-cü ildə Azərbaycanda ümumdaxili məhsul (ÜDM) 4,1% artıb və 2025-ci ilin sonuna qədər təxminən 4% artım gözlənilir. Bu, 2023-cü ildəki cəmi 1,1%-lik artımla müqayisədə əhəmiyyətli bir irəliləyişdir. İqtisadi artım əsasən qeyri-neft sektoruna aid sahələr tərəfindən dəstəklənir.

"Dövlət borcu ÜDM-in 30%-indən aşağı qalacaq ki, bu da Azərbaycanın kredit etibarlılığı üçün müsbət amildir və Azərbaycanla eyni reytinqə malik olan ölkələr və digər neft istehsalçıları, məsələn, Qazaxıstan (Baa1 stabil) ilə müqayisədə daha aşağıdır" - “Moody’s” əlavə edib.

Şərhlər

Həms Xındırıstani 2025-02-05 23:38:12

APA Econom-X və Moody S Ratings biməzki son on illərdə Azərbaycana tək xaricdən üç yüz milyarddan çox yatırım daxil edilib. Onun üçdə biri ötən illərdə dövlət iqtisadisini azı iki dəfə böyütməli dəyildimi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol