Menu

MEDİA-nın məhkəməyə verdiyi saytın fəaliyyəti dayandırılıb

06.02.2025, 18:18
MEDİA-nın məhkəməyə verdiyi saytın fəaliyyəti dayandırılıb

Medianın İnkişafı Agentliyi (MEDİA) “Anaxeber.info” saytının bloklanması ilə bağlı iddiası əsasında məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində hakim Rəşad Mamedovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, MEDİA-nın iddiası təmin edilib, saytın fəaliyyətinin dayandırılması barədə qərar çıxarılıb.

Qeyd edək ki, sözügedən saytın Media Reyestrində qeydiyyatı olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol