Rusiya Bakıdakı “Rus Evi”nin bağlanması ilə bağlı ikitərəfli münasibətlər səviyyəsində qərar verəcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kreml bunu anlaşılmazlıq hesab edir.
Peskov Rusiyanın Bakıda “Rus Evi”nin bağlanmasından təəssüfləndiyini qeyd edib.
“Biz buna təəssüflənirik. Bu məsələnin həllinə ikitərəfli təmaslarla nail olmaq olar... Biz bu məsələni müxtəlif səviyyələrdə həmkarlarımız qarşısında qaldıracağıq. Əgər ən yüksək səviyyədə təmaslar olarsa, o zaman iki dövlət başçısının dialoqunda bu məsələnin gündəmə gətiriləcəyini yəqin ki, istisna etmirik. Biz mehriban, ənənəvi münasibətlərimizi rəhbər tutaraq bu problemləri dialoq yolu ilə həll edəcəyik”, - Kremlin sözçüsü vurğulayıb.

Şərhlər
Bu yazının da canı elə əqrəb məsələsindədir. Görmüsünüzmü ki, itdən quzu, lap pis ayaqda pişik törəsin? İtdən küçük törəyər, bu aksiomadır. Baba Primakovdan küçük Primakov törəyər. Evdə uşaq hansı tərbiyəni alarsa aldığı tərbiyəni praktikada tətbiq edər. Səhv etmirəmsə Sədi Şirazidə belə bir fikir var: əqrəbə nə versən, bal da yedirtsən onun verdiyi məhsul zəhər olacaq. Bu yaxıblarda bir tanışımla söhbət əsnasında soruşdu ki, niyə biz mənfur qonşularımıza (erməniləri nəzərdə tuturdu) bütün sahələrdə uduzmuşuq? Sonra özü izah elədi: çünki bütün görüşlərdə prinsipiallıq göstərməmişik, görüşlərə hazırlıqsız getmişik, bütün QHT-lərimiz bir-birini qırmaqla məşğul olmuşuq. Həqiqətən də belədir. QHT-lərimiz ələ baxımlığa öyrəşiblər, yardımlar uğrunda mübarizə aparmaqla məşğul olublar. Dövlət qurumlarında isə vəziyyət daha acınacaqlı olub. Məsələn, Milli Məclisimizdə Oqtay Əsədovun rəhbərliyi dövründə konkret məsələ ilə bağlı əlaqəsi olan şöbə əvəzinə ölkəni təmsil etməyə konkret məsələ ilə bağlı heç bir əlaqəsi olmayan beynəlxalq şöbənin əməkdaşları göndərilirdi. Nəticə də o qədər xoşagələn olmurdu. Bu arada “Şurikin məcaraları və ya I əməliyyatı” filmi yada düşür. «Мясокомбинат -я, цементный завод – я». Nə isə. Bu gün əksər Rusiya blogerləri bizim haqlı mövqeyimizi dəstəkləyir. Bir-iki nəfər Solovyov, Skabeyeva, Zatıqırıq (Zatulin), Simonyanlar üstümüzə hürməklə məşğuldurlar, Peskov da onlara zuy tutur. Onların vəzifəsi, amalı budur, dolanışıqları bu fəaliyyətdən çıxır. Ölümdən öncə ölümqabağı ölənin hərəkətlərini kimsə görübmü? Buna elmi dildə aqoniya deyirlər. Bu gün Rusiya həmin vəziyyətdədir. Onun əli hər yerdən üzülüb, bu gün bu şərəfsizlərin ümidinə qalıb. İş o yerə çatıb ki, o boyda Rusiya imperiyası Koreyadan döyüşə hərbiçi gətirir, o hərbiçiləri ki, döyüş meydanından ya qaçır, ya da əsir düşür. Allah bu bəlanı gətirib bizə qonşu edib. Bəlkə də hansısa günah sahibi olmuşuq ki, bu zülmü qarşımıza çıxarıb. Qaradan tünd rəng yoxdur (amma sən demə zil qara rəng varmış) öləndə də kişi kimi ölmək daha yaxşıdır (ölməyə hazırlaşmaq fikrimiz də yoxdur, bunu elə-belə yazdım). ALLAH bizə hər şey verib: dünyada analoqu olmayan gözəl məkan, zəngin təbiət, təbii sərvət, zəka, sağlam düşüncə. Sadəcə olaraq düşməni ağılla, savadla, konkret faktlarla fakt qarşısında qoy, necə deyərlər pişiyi elə yola sal ki, qayıdıb üzünü cırmasın. Açıqlama: iki ədəd qozu ortadan iki yerə bölürsən, içini təmizləyib pişiyin pəncələrini qozun boşalan hissəsinə salırsan, pişik nə qədər cırmaqlamaq istəsə belə yalnız tumarlamaqla məşğul olacaq. Deyəsən bir balaca zayladım, tərbiyəsizlik elədim. Neynəyənin qabağına neynəməyəndə deyirlər nəmənəsi yoxdur.
"Putinin təyyarə qəzasına münasibət göstərməyi planlaşdırmır" deyən Peskov bunun nə qədər "mehribanlıq" olduğunu və bundan sonra "Rus evinin " bağlanmasını anlaşılmazlıq olduğunu, müzakirə mövzusu olduğunu deməklə Rusiya hökumətinin nə qədər həyasız, iyrənc olduğunu bir daha və bir daha ortaya qoymuş oldu. Odur ki, bütün dünya sizə tüpürür..