Menu

"İranın sanksiyalara baxmayaraq, inkişaf edə biləcəyinə əminəm" - Pezeşkiyan

08.02.2025, 18:53
"İranın sanksiyalara baxmayaraq, inkişaf edə biləcəyinə əminəm" - Pezeşkiyan

İran ona qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, inkişaf edə bilər.

"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Kerman şəhərindəki polad zavoduna səfəri zamanı sanksiyaların nəticələrindən danışarkən deyib.

"Biz regionda bütün sahələrdə ən güclü ölkə ola bilərik", - o qeyd edib.

Pezeşkian bildirib: "Uzunmüddətli planlaşdırma olduğu təqdirdə yaxşı nəticələr əldə edə bilərik. Biz digər ölkələrin köməyinə ümid bəsləməməliyik".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol