Menu

UEFA nümayəndəsi Bakıya gəldi, “Qarabağ”-“İnter” oyunu müzakirə olundu

15.12.2014, 18:54
UEFA nümayəndəsi Bakıya gəldi, “Qarabağ”-“İnter” oyunu müzakirə olundu

UEFA baş katibinin müavini Teodor Teodoridis Bakıya 1 günlük səfərə gəlib.

UEFA rəsmisi bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Görüşdə Avro-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı təşkilati məsələlər, regionda futbolun inkişafı və Avropa Liqasının qrup mərhələsində keçirilmiş “Qarabağ” – “İnter” oyunu müzakirə olunub.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol