Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətində dəyişiklik edilib.
Bu barədə Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.
Bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bəhruz Əzimov Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Bundan əvvəl Fondun sədr müavini vəzifəsində çalışan B.Əzimov “İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri” ixtisası üzrə bakalavr, “Biznesin təşkili və idarəolunması” ixtisası üzrə magistr təhsili alıb.
Emin Əmrullayevin digər əmri ilə Rüfət Tağı Zadə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub.
O, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın dövlət tənzimlənməsi və Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirib. Rüfət Tağı Zadə bundan əvvəl Elm və Təhsil Nazirliyinin Peşə təhsili siyasəti şöbəsinin müdir müavini vəzifəsində çalışıb.


Şərhlər
Təhsil tələbə krediti yaranan gündən tələbələri bilərəkdən imtahandan kəsilməsi 100% artıb bu günki ildə 55% tələbənin kəsiri var belə hal heç vaxt olmayıb , səbəb tələbələri ikinci dəfə imtahana ödənişli 45 manat almaqla cəlb etməkdir bu haqsızlıq nə vaxt bitəcək
Bu tələbə təhsil krediti yaradılan ildən hal hazırki günə dək Azərbaycanda ümumi tələbələrin 55%i qəsdən kəsilərək aylıq müavinət verilmir və tələbələrdən 45 manat tələb edərək 2ci imtahana cəlb edilir. Nə üçün tələbələrə ikinci şans ödənişsiz verilmir. Bəs bu Azərbaycanın təhsil inkişafından necə danışmaq olar. Qəsdən tələbələrin aylıq müavinətini kəsib pul yığmaqdır