Menu

DSX-nin hərbi qulluqçusunu avtomobil vuraraq öldürüb

11.02.2025, 13:03
DSX-nin hərbi qulluqçusunu avtomobil vuraraq öldürüb

Xaçmazda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Qusarçay kəndi ərazisində qeydə alınıb.

Kənd ərazisində hərəkətdə olan avtomobil Dövlət Sərhəd Xidmətinin (DSX) məzuniyyətə çıxmış hərbi qulluqçusu Şeydabəy Qəhrəmanovu vurub. Piyada aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol