Menu

Azərbaycanda qızıl və gümüş istehsalı azalıb

11.02.2025, 21:04
Azərbaycanda qızıl və gümüş istehsalı azalıb

Ötən il Azərbaycanda qızıl və gümüş istehsalında azalma qeydə alınıb.

Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, 2024-cü ildə ölkədə 2 663 kiloqram qızıl hasil edilib.

Bu, 2023-cü illə müqayisədə 97 kiloqram və ya 3,5% azalma deməkdir. Məlumat üçün qeyd edək ki, 2023-cü ildə bu göstərici 2 760 kiloqram təşkil etmişdi.

Gümüş istehsalına gəlincə, ötən il Azərbaycanda 3 184 kiloqram gümüş istehsal edilib ki, bu da əvvəlki ilə nisbətən 521 kiloqram və ya 14% azdır. 2023-cü ildə ölkədə 3 705 kiloqram gümüş hasil olunmuşdu.

Şərhlər

Müxlis Qənizadə 2025-02-12 16:50:52

Azərbaycanda hasilatı ucuz başa gələn, çoxlu miqdarda qızıl sərvət ehtiyatı vardımı ki, uzun illər çıxarılsın? Azı yarım əsr də bulaq kimi yeni neft-ayırma zavoduna axacaq günəşli yatağı da özbaşına tükənməyə başlayıb?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol