Menu

“İsrail İranın nüvə obyektlərinə hücum etməyi düşünür” - ABŞ nəşri

13.02.2025, 13:49
“İsrail İranın nüvə obyektlərinə hücum etməyi düşünür” - ABŞ nəşri

İsrail 2025-ci ildə İranın nüvə obyektlərinə zərbələr endirməyi düşünür.

"AzPolitika" xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri ABŞ kəşfiyyatına istinadla məlumat yayıb.

Amerika rəsmiləri İranın nüvə obyektlərinin gücləndirilməsini nəzərə alaraq, İsrailin onları hədəfə almaq üçün ABŞ ordusuna ehtiyac duyacağına inanırlar. ABŞ kəşfiyyat orqanlarının Co Bayden administrasiyasının son günlərində hazırladığı başqa bir hesabatda bildirilib ki, İsrail Tehranın əhəmiyyətli dərəcədə zəiflədiyini anlayaraq, bu il İranın nüvə obyektlərinə hücum planının qaçılmaz fürsət olduğunu düşünür.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol